Azərbaycanİran

İranın ANT və Azərbaycan Respublikasının əleyhinə təxribatı çoxalıb

AzNewsTV(ANT) kanalının peşəkar media qaydaları və azad bilgi dolaşımı üsuluna dayanaraq Güney Azərbaycan haqqında verlişlərindən sonra Milli Güvənlik Şürası və Keyhan qəzetinin baş editoru Hüseyn Şəriətmədariyə yaxın NurNews keçdiyimiz günlərdə ANT televizyonuna qarşı bir sıra şayiələrlə hücum edib.

NurNews saytı və Hüseyn Şəriətmədari bir sıra şayiələr yayaraq, bir tərəfdən tanış bir söyləmlə Azərbaycan Millətinin siyasi istəklərini Qərb və Sionist fikir otaqlarına nisbət verib.  belə bir şayiə yayib, guya Azərbaycan İnternəşnal televizyonu qurulur ki, Asiyanın Qərbini saxta çatışmalarla məşğul etsin.

Bir halda ki, İran özü Suriya, Iraq və Yəməndə vəkalət savaşları yola salmaqla suçlanır.

NurNews saytı Doşənbə Şəhrivər ayının 29-da sənəd təqdim etmədən paylaşdığı mətləbdə, yaxında Azərbaycan İnternəşnal adlı bir kanalın İrandakı Etnik gərginliyini dərinləşdirmək və bölücülük yöntəmlərinə yardım etməklə bağlı xəbərlər aldığını iddia edib.

Milli Güvənlik Şurasına yaxın bu sayt Səudi Ərəbistanın Türkiyədə dəstəklədiyi ANT televizyonuna olan maddi dəstəyini ciddi dərəcədə azaltdığını və Azərbaycan İnternəşnal kanalı qurmağa hazırlandığını iddia edib.

Bir gün sonra Sipah Quvvəsinə yaxın Fars Xəbər Ajansı Hüseyn Şəriətmədari ilə apardığı bir danışıqda NurNews saytına istinadən İranın Güvənlik Quvvələrinin ANT televizyonuna qarşı şayiə və təxribatları artırıldı.

Ümumiyyətlə medialar güvənlik quvvələrin qolları kimi çalışırlar və öncə ortaya atdıqları bir şayiəni millətin nəzərinə çatdırıb daha sonra onu geniş yayaraq şayiəni doğru kimi göstərməyə çalışırlar.

Bu əsasda Hüseyn Şəriətmədari heç bir sənəd vermədən təkcə eşitdikləri əsasında “Bir İran əsilli Sionist uzmanını Azərbaycan İnternəşnal kanalına çağırıldığını” və “Azərbaycan Cumhuriyyəti sakinlərinin aşırı Şiə məzhəbinə inandıqları və İranı sevdikləri üçün projənin İran xeyrinə bitəcəyi haqda bildiriş edib və qarşı çıxdığını iddia edibdir.

Əli Xamneyinin Keyhandakı təmsilçisi sözlərinin dəvamında Quzey Azərbaycan millətinin İran haqqındakı düşüncələrini tərsinə göstərərək, “Azərbaycan Cumhuriyyəti millətinin tarixi sənədlərə əsasən İrandan ayrıldıqlarına inandıqlarını” deyibdir.

O habelə sözlərinin davamında həqiqəti əksinə göstərərək “Azərbaycan millətinin də İran Azərbaycanlıları kimi Şiə və İslam Cumhuriyyəinə heyran olduqları və İran toprağından ayrılmalarını bir acı tarixi olay kimi xatırlayın, sinədən sinəyə nəql edirlər” sözlərini diyib.

Göründüyü kimi birinci aşamada şayiənin yaradılması və ikinci aşamada düzəldilən şayiə yardımıyla üç qonuya saldırı nəzərdə alınıb:

İran İslam Cumhuriyyəti söyləmiylə Güney Azərbaycan millətinin toplumsal, siyasi, iqtisadi və başqa istəklərini, xarici ölkəyə bağlı göstərib, qaralamaq.

Eləcə də, məqsəd ANT televizyonunun izləyicilərini, millətin istəklərini tərh edən bir mediadan soyutmaqdır.

İranın Azərbaycan Cumhuriyyətinin Qarabağ azadlığı, Pakistan, Türkiyə və İsrail yaxın münasibətləri kimi başarıları üçün pisixolojik savaşı, habelə Rusiya barışcıl quvvələrinin nəzarətində olan işğal altındakı əraziyə İranın daşıdığı şübhəli yüklərin dayandırılmasına qarşı atdığı bir addımdır

Bəllidir ki, qurulduğu gündən bəri hər türlü azad medianın çalışması və bilgi dolaşımını əngəlləyən, millətin istəklərini əzib, güvənlik suçlamalarıyla təpki verən İran, ANT kimi bir azad medianın çalışmalarını ifşaedici adlandırır.

bununla yanaşı ANT televizyonu hər bir müstəqil media kimi çalışmalarının İran İslam Cumhuriyyəti varlığına qarşı ifşaedici olduğunu və buna görə hər an hakimiyyətdən hücuma məruz qalacağını bilir.

Related Articles

Bir cavab yazın

Back to top button