Araşdırma & Təhlilİran

İranın anti-Azərbaycan siyasəti: tarix və müasirlik

Elyaz Yekenli – Siyasi yazar

İran rejiminin türklərə qarşı mənfur və düşmən siyasətini soydaşlarımızın diqqətinə çatdırmaq məqsədilə təhlil hazırlanıb. Siyasi yazar Elyaz Yekenli tərəfindən hazırlanan təhlildə İran rejiminin türklərə qarşı cinayətkar əməllərindən söz açılıb. Bu əməllər tarixi faktlarla sübuta yetirilib. Yazar təhlil vasitəsilə soydaşlarımızı İran rejiminin siyasi oyunlarına inanmamağa çağırıb. Təhlili təqdim edirik: “Hələ də İran rejiminin müsəlman şiə olduğunu söyləyən və eyni zamanda İran rejimini dəstəkləyən bilgisiz qohumlarımız, azərbaycanlı yurddaşlarımız, Azərbaycan ilə Türkiyə türkləri özlərini aldatmasınlar və inanmasınlar. Bir videogörüntüdə, minlərlə araşdırmamızda bu nəticəyə gəldik ki, Qasım Süleymani rus ajanı və türk düşmənidir. O, nə etdiyini yaxşı bilirdi. Sadəcə bizim Quzey Azərbaycan türkləri qapalı qapılar və qaranlığın ötəsində, olub bitənlərdən bilgisiz olduqları üçün İranın olumsuz siyasətlərinə inanırlar, ancaq inanmamalıdırlar. Birinci Qarabağ savaşında erməni ordusuna silah eğitimi verən fars İran rejiminin silahları ilə qan içərisində can verən soydaşlarımızı duydunuz. Yüzlərlə döşləri kəsilən və saldırıya uğrayan qadınlarımızın yaşamından bilginiz var. Bu olaylar Qasım Süleymaninin qan içmələri və pislikləri imiş. Bundan başqa, Qasım Süleymani və İran rejiminin başında olan Əli Xamenei kimi türk düşmənləri 35 milyon Güney Azərbaycan türkünün varlığını məhv etmək üçün səy göstərirlər. Hazırda İran rejiminin dustaqlarında və həbsxanalarında yüzlərlə dildaşımız ölüm qalım savaşı verməkdədir. Bu gün sürgündə yaşayan, bunalım içərisində yaşam savaşı verən Güney Azərbaycanın boyunduruq altında inləyən bağırtısını hayqıran və kədərli səsini dilə gətirən Eyvaz Yekenlidir. Ancaq kim bilir bizim nə çəkdiyimizi? İran rejimi iki Azərbaycanın yaxınlaşmaması üçün haran qorxular içərisində olumsuz siyasətlərini gündəmə gətirir. Ancaq iki Azərbaycanın birləşməsini biz başından bəri anladırıq. Birinci və İkinci Qarabağ savaşında İran rejimi gözlər önündə ermənilərə yardım etdi. Bir gecənin içərisində yüzlərlə güney azərbaycanlı etirazçı həbs edildi və ya tələyə salındı. Süleymaninin önəmli bir videosu da diqqət cəlb edir. Süleymani bildirir ki, türklər iranlı deyil. “İran üçün yeddi yüz illik türk hakimiyyəti dövrü tarixsiz, utancvericidir. İranlı olmayan Səlcuqlu türklər bu gün İrana gəldilər və İranı idarə etdilər”,-deyə Qasım Süleymani qeyd edib. Azərbaycan ilə Ermənistan arasındakı savaşda sözdə şiə jeneral Süleymaninin, Əli Xameneinin yaramazlıqları ortadadır. Ümid edirəm savaş pusatları göndərdiklərinə şahid oldunuz (Ermənistandakı ilk PKK kampları olan Qasım Süleymaninin komutası sırasında). Qarşı bir divar inşa etmek üçün Ermenistanın yanında yer aldıqları ağlımızda olmalıdır. “Qüds” gücü araç ilə Ermənistan və ya Zəngəzurda quruldu. Süleymani Əfqanıstanda türkdilli Hazaralar yerinə Tacik Əhməd Şah Məsudu seçdi və dəstəklədi. Hələ də bu rejimin şiə olduğunu söyləyən və onu dəstəkləyən türklər ya özlərini aldadır, ya da həqiqətlərdən qaçırlar”.

Related Articles

Bir cavab yazın

Back to top button