İran

İranın atom proqramı ilə bağlı şəxslərə sanksiya qoyulur

Amerika “maşa mekanismi” çərçivəsində İranın nizami və atom proqramı ilə bağlı onlarla şəxsi təhrim edir.
“Reuters” xəbər verir ki, Amerika septambrın 21-də “İranın atom, raket və ümumi nizami proqramı ilə ilgili onlarla şəxs”ə qarşı yeni təhrim listini dərc etməyi planlaşdırır. Belə ki, Amerika həmin şəxsləri təhrim etməklə bağlı təsmim tutub. Bu proses “İrana qarşı Birləşmiş Millətlər Təşkilatının təhrimlərinin geri qayıtması”nın elan olunmasından sonra həyata keçirilib.
Bərcamın və Əmniyət Şurasının başqa üzvləri Amerikanın atom razılaşması əsasında ləğv edilən təhrimlərin geri qayıtması ilə bağlı açıqlamalarını rədd ediblər. Məlumata əsasən, beynəlmiləl şirkətlər Amerika təhrimlərindən qorxduqları üçün ehtimal ki, İranla ticarət əməliyyatları aparmayacaqlar.
Təhrimlərin ləğvinin İran üçün üstünlüklərindən biri 18 oktobrda silah təhriminin başa çatmasıdır. Məsələ ilə bağlı Amerikada ötən ay təhrimlərin müddətini uzatmağa çalışsa da, buna nail olmayıb.
Bununla belə, Amerika İranın nizami silah alıcılarını və satıcılarını təhrim edəcəyini bildirir. Amerika prezidenti Donald Trampın bazar ertəsi İranla nizami ticarət edən şirkətləri təhrim etməsinə dair fərman verəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button