İran

İranın Avropaya püstə ixracı 29% azalıb

İranın Avropa Birliyinə püstə ixracı 2023-cü ilin ilk 9 ayında 29% azalaraq 67 milyon avroya çatıb.

Ötən ilin eyni dövründə İran Avropaya 95 milyon avroluq püstə ixrac edib.

İran Amerikadan sonra Avropaya püstə ixrac edən ikinci ölkə olub.

Almaniya 2023-cü ilin 9 ayı ərzində Avropada İran püstəsinin ən mühüm alıcısı olub. Bu dövrdə İranın Avropaya ixrac etdiyi püstənin 70%-i Almaniyaya göndərilib. Almaniya bu ilin yanvar-sentyabr aylarında İrandan 47 milyon avroluq püstə idxal edib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button