İran

İranın baş hakimi etirazçıların cəzalabndırılmasını istədi

İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei etiraz aksiyalarında saxlanılanların mühakimə və cəzalandırılma prosesinin sürətləndirilməsini istədi.

O, dekabrın 29-da İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziriyə həbs edilən etirazçıların işinin araşdırılması və  mühakimə olunması prosesini daha intensiv həyata keçirməyi əmr edib.

Qeyd edək ki, sentyabrın 17-dən İranda başlayan etiraz aksiyalarında 18 666 nəfər saxlanılıb.

Onlardan yalnız 4 137 nəfərin kimliyi və saxlanılma yeri məlum olsada, başqa şəxslərin talei barədə dəqiq məlumat əldə etmək mümkün olmur.

Related Articles

Bir cavab yazın

Back to top button