Azərbaycanİran

Casusluq fəaliyyəti Güney Azərbaycan məsələsi ilə bağlıdır

Son zamanlar ölkəmizə qarşı bir sıra təxribat xarakterli addımlar atılır. Bu təxribatlar Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa edilir. Maraqlıdır ki, burada əsas məqsəd nədir ?

“Bu ölkələrdən ən birincisi İran İslam Respublikasıdır. Azərbaycan və İran arasında  məsələlərə dair fərqli yanaşmalar var. İran  Azərbaycana qarşı strateji planlar hazırlayıb informasiya əldə etməyə çalışır. Bu yolla  ölkədə xaos yaratmaq, 5-ci kolon formalaşdırmaq niyyətindədir”.

politoloq Sədrəddin Soltan bildirib.

“İran siyasi maraqlarını   Azərbaycanda həyata keçirməyə çalışır.

“Bu yolla Azərbaycanda İran rejiminin qurulmasını istəyirlər. Əldə etdikləri məlumatlarla digər ölkələr ilə məsələn Rusiya ilə informasiya mübadiləsi apara bilər. Bir ölkənin daxilini qarışdırmaq üçün  İran casusu da bu istiqamətdə işlər aparır. Hətta müttəfiq olan ölkələrdə də  casusluqla məşğul olurlar. Naxələf ölkələrdən biri də İrandır “.

Onun sözlərinə görə əsas casusluq fəaliyyəti  Güney Azərbaycan məsələsi ilə bağlıdır. Buradakı milli hərəkatın qarşısını  almaq  üçün  bu cür təxribatlara əl atırlar.

Politoloq həmçinin qeyd edib ki,  Azərbaycanda İran rejiminin nəzarətində olan  insanlar var. İran həmin şəxslər vasitəsilə  Azərbaycana qarşı təxribat törətmək niyyətindədirlər.  Bütün bu  casus şəbəkələri  İranın keçmiş  nümayəndəsi Seyid Ələkbər Ocaqnejadın fəaliyyəti  Azərbaycan dövlətçiliyinin parçalanmasına  xidmət edir.(Ednews )

Related Articles

Bir cavab yazın

Back to top button