Paytaxtın Naziabad, Ekbatan, Əmirabad, Səadətabad, Sadiqiyyə və başqa bir neçə bölgəsində hökumət əleyhinə şüarlar səsləndirilib.
Bununla yanaşı Kərəc, İsfahan,Məşhəd, Qorqan, Sənəndəc, Kirmanşah, Bəndrabbas, İslamşəhr və Neyşabur şəhərlərində də aksiyalar baş tutub.
İnqilabın ildönümü mərasimlərinin başlanmasına bir neçə saat qalmış keçirilən aksiyalarda, etirazçılar “ölüm lsun İslam Respublikasına”, “ölüm olsun Xameneyiyə”, “rədd oldun diktator” və başqa bu kimi şüarlar veriblər.
Yerli fəallar və xarici media aksiyalar zamanı inqilabın ildönümü ilə bağlı quraşdırılan təbliğat banerləeinin narazılar tərəfindən yandırıldığını bildirirlər.