İran

İranın böyük şəhərlərində mazutdan qaynaqlanan hava çirklənməsi davam edir

"Aznews tv" xəbər verir ki, sözügedən şəhərlərdə havanın çirklənməsi üzündən məktəblər onlayn təhsil planına keçib və təcili tibbi yardım- urjans qüvvələri hazır vəziyyətə gətirilib

Tehran, İsfahan, Kərəc, Təbriz, Əhvaz və Ərak şəhərlərində bir sıra elektrik stansilayarı və karxanalarda mazutdan istifadəyə davam edilməsi səbəbi ilə hava çirklənməsi maksimum həddə çatıb.
“Aznews tv” xəbər verir ki, sözügedən şəhərlərdə havanın çirklənməsi üzündən məktəblər onlayn təhsil planına keçib və təcili tibbi yardım- urjans qüvvələri hazır vəziyyətə gətirilib.

Tehran, İsfahan, Əlborz, Şərqi Azərbaycan, Xuzestan və Mərkəzi vilayətlərinin bir çox şəhərlərində havanın vəziyyəti dözülməəzdir və bu şəhərlərdə havanın çirklilik göstəricisi bütün qruplar üçün qeyri-sağlam sayılır.

Qeyd edək ki, paytaxt Tehran kimi bir sıra böyük şəhərlərdə fəaliyyət göstərən karxanalarda mazutdan istifadənin dayandırılmaması səbəbindən hava kəskin çirklənməyə məruz qalır. Mazutdan istifadənin dayandırılmamasının başlıca səbəbi isə karxana sahiblərinin, daha doğrusu hökumətin daha az xərc çəkərək daha çox pul qazanmaq tamahıdır.

Related Articles

Bir cavab yazın

Back to top button