Azərbaycan

Təbrizdə məhkəmə işçilərinin etiraz aksiyası

"Aznews tv" xəbər verir ki, etirazçıların Şərqi Azərbaycan vilayəti Baş Ədliyyə İdarəsinin önünə toplaşması İran prezidenti Rəisinin bu il dövlət büdcəsi layihəsinin təsdiq edilməsi mərasiminə qatılmaq üçün parlamentə getməsi ilə bir vaxta təsadüf edib.

Yanvarın 9-da Təbrizdə məhkəmə işçiləri hüquqlarının pozulmasına etiraz olaraq məhkəmə binası önünə toplaşıblar.

“Aznews tv” xəbər verir ki, etirazçıların Şərqi Azərbaycan vilayəti Baş Ədliyyə İdarəsinin önünə toplaşması İran prezidenti Rəisinin bu il dövlət büdcəsi layihəsinin təsdiq edilməsi mərasiminə qatılmaq üçün parlamentə getməsi ilə bir vaxta təsadüf edib.

Onlar maaşlarının azlığına, dolanışıq problemlərinin həlli yönündə hökumətin heç bir addım atmamasına və yeni dövlət büdcəsi layihəsində məhkəmə işçilərinin vəziyyətinin yaxşılaşdırılması üçün heç bir məbləğin nəzərdə tutulmamasına narazılıq ediblər.

Etirazçılar hökumətin inqilabın adından su-istifadə edərək inqilab dəyərlərinin kökünə balta vurduğunu, məhkəmə sisteminin nüfuzunu sual altına aldığını, məhkəmə işçilərinin hətta ailələrini dolandırmaq imkanından məhrum edildiklərini vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button