İran

İranın dəstəklədiyi 19 silahlı şəxs öldürülüb

İsrailin Suriyanın şərqinə hücum etməsi nəticəsində İrana bağlı 19 yaraqlı şəxs öldürülüb. Belə ki, İsrail Suriyanın şərqindəki Deyr əz-Zor ustanına müxtəlif məntəqələrdən havadan zərbə endirib. Hadisə nəticəsində İranın dəstəklədiyi silahlı şəxslər həyatını itirib.
Suriya dövlət mətbuatı hava hücumları barədə məlumat verməyib və İsrail də bu hücumlara görə məsuliyyəti üzərinə götürməyib.
Məsələ ilə bağlı “Suriya İnsan Haqları Nəzarətçilər Qrupu” bildirilib ki, çərşənbə günü səhər İsrail qırıcılarının Dəməşq yaxınlığındakı mövqelərə endirdiyi hava zərbəsi nəticəsində İrana bağlı ən azı 8 yaraqlı məhv edilib.
Verilən məlumata görə, dünən gecə edilən hücumların hədəfi silah anbarı və İran qüvvələri ilə Hizbullah qrupundan olan müttəfiqlərin mövqeyi olub. Qeyd edək ki, öldürülən şəxslərin vətəndaşlıqları barədə heç bir məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button