İran

İranın Gülüstan əyalətində məcburi hicab qaydalarını pozan qadınlara bank xidmətləri göstərilməyəcək

Əyalətdə bankların koordinasiya komissiyasının üzvləri “hicabsız qadınlara bank xidmətlərinin göstərilməsinin qadağan edilməsi haqqında” qətnaməni təsdiqləyiblər:

“Bu sərəncamdan sonra hicabsız şəxslərə qarşı heç bir səhlənkarlıq və ya hər hansı səbəb (məsələn, əmanət köçürülməsi, müştərilər tərəfindən banklardan pul çıxarılması və s.) operatorlar tərəfindən qəbul edilməyəcək və buna tabe olmayan məmurlar səlahiyyətli orqanlara təqdim edilməlidir”.

Bundan əvvəl başqa bir neçə əyalətdə də oxşar qərarlar qəbul edilib və hicab qaydalarını pozanlara dövlət xidmətlərinin göstərilməməsi barədə sərəncamlar verilib.

Related Articles

Bir cavab yazın

Back to top button