İran

İranın Gülüstan vilayətində iğtişaşlar başladı

İranın Gülüstan (Türkmənsəhra) əyalətinin Qalikeş şəhərində sünni məzhəbli axund, mövləvi Məhəmməd Hüseyn Qorqicin işdən kənarlaşdırılması yerli sünni əhalisinin qəzəbinə səbəb olu

İranın Gülüstan (Türkmənsəhra) əyalətinin Qalikeş şəhərində sünni məzhəbli axund, mövləvi Məhəmməd Hüseyn Qorqicin işdən kənarlaşdırılması yerli sünni əhalisinin qəzəbinə səbəb olub.

“Aznews tv”  xəbər verir ki, sosial şəbəkələrdə yayılan video və xəbərlərə əsasən, dekabrın 23-ü axşam saatlarında sünni axundun yüzlərlə tərəfdarı küçələrə axışaraq, “Allahu əkbər” və digər şüarlar səsləndirərək mövləvi Hüseyn Qorqicin şəhərdə cümə imamı vəzifəsindən uzaqlaşdırılmasına etiraz ediblər.

Polis və əmniyət qüvvələrinin onlarla etirazçını həbs etdiyi deyilir. Habelə, əmniyət gücləri sünni axundun özünü də həbs edib dindirdikdən sonra müvəqqəti sərbəst buraxıblar.

Yerli sünni mənbələrinin sözlərinə görə, əmniyət gücləri Məhəmməd Hüseyn Qorqicə təzyiq göstərərək, deyiblər ki, o dekabrın 24-də Qalikeşdə keçiriləcək cümə namazına imamlıq etməkdən imtina etməli, tərəfdarlarını sakit qalmağa çağırmalıdır.

 

Related Articles

Bir cavab yazın

Back to top button