İran

İranın Hormozqan əyalətində 5 nəfər spirtli içkidən zəhərlənərək ölüb

İranın Hormozqan əyalətində spirtli içkidən zəhərlənmə hadisəsi qeydə alınıb. Bu barədə Hormozqan əyalətinin Tibb Elmləri Universiteti məlumat yayıb.

Universitetinin sözçüsü Fatimə Novruzian Bəndər Abbas şəhərində 5 nəfərin spirtli içkidən zəhərlənərək öldüyünü bildirib.

Novruzian deyib ki, son iki gündə 48 nəfər spirtli içkidən zəhərlənmə səbəbilə əyalət xəstəxanasına müraciət edib.

Xanım Noruzianın sözlərinə görə, ölənlər 22-51 yaş arasındakı 4 kişi və bir qadın olub.

Hormozqan Tibb Elmləri Universitetinin sözçüsü bununla yanaşı  11 xəstənin vəziyyətinin ağır olduğunu, 3 nəfərin isə görmə qabiliyyətini itirdiyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button