İran

İranın Husilərə yardımları davam edir

“Sepah” husiləri gücləndirmək üçün Suriyanın Deyr əz-Zor əyalətindən Yəmənə 120 muzdlu göndərib. Muzdlular İranın dəstəklədiyi terorçulardan seçilib və üç ay husilərin sıralarında döyüşmələri nəzərdə tutulub. Məlumata görə, İran həmin yaraqlılara Suriyada aldıqları aylıqlarla yanaşı hər ay 400-500 dolar da əkavə ödəyəcək. Qeyd edilənə görə, İran ilk dəfədir Suriyadan Yəmənə muzdlu qüvvə göndərir. Hamısı suriyalılardan olan muzdluların öncə quru yolla İraqa, İrana, daha sonra dəniz yolu ilə Yəmənə göndərildikləri bildirilir. İranın yaxın gələcəkdə Suriyadan Yəmənə daha çox muzdlu göndərəcəyi söylənir.

Related Articles

Bir cavab yazın

Back to top button