Azərbaycan

Əziz Şuşa, sənə azadlıq yaraşır…

Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir mey ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 mey tarixini Şuşa şəhərinin işğal günü kimi qeyd edən Azərbaycan milləti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Fərmandeh, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü ilə ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Xatırladaq ki, 1992-ci il mey ayının 7-dən 8-nə keçən gecə erməni nizami birləşmələri 11 min nəfərlik qoşunla üç yöndən Şuşa şəhərinə hücum edib və Qala şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri ilə şəhristanın 30 kəndi dağıdılıb, 195 dinc sakin həyatını itirib, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox insan etnik təmizləməyə məruz qalıb. Şuşa şəhərinin işğalı ilə Azərbaycan millətinin maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgahlar, məscidlər təhqir ilə vəhşiliyə məruz qalıb, çox sayda taysız əlyazma örnəkləri məhv edilib. Ölkənin mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal günü 28 il xalqımız tərəfindən ürək ağrısı ilə qeyd edilib. Vurğulayaq ki, 2020-ci ilin septambrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı düşmənin Azərbaycan torpaqlarından qovulmasına başlanıldı. Beləliklə, döyüş əməliyyatları zamanı düşmən işğal altında saxladığı müqəddəs torpaqlarımızdan qovuldu. 44 gün davam edən Vətən savaşının 42-ci günündə – novambrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi, elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan millətinə Müzəffər Ali Baş fərmandehi, Prezident İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Şuşa Azərbaycan əsgərinin peşəkarlığı, onun gücü və qüdrəti nəticəsində düşmən tapdağından azad edilib. Azərbaycan nizamiləri dağlardan, meşələrdən, dərələrdən, sıldırım qayalardan keçərək Şuşanı azad ediblər. Vətən savaşı başa çatandan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunan torpaqlarda ehya ilə quruculuq işlərinə başlanılıb. Bu proses hazırda Şuşa şəhərində də davam etdirilir. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk özəl nümayəndəsi Şuşa şəhristanına təyin edilib. Prezident İlham Əliyevin mey ayının 7-də imzaladığı hökmə əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button