İran

İranın ikili vətəndaşlardan xərac aldığı qanunsuz pullar Omanda bloklanıb

İran İngiltərə vətəndaşı olan keçmiş qadın siyasi məhbus Nazənin Zağərini azad edərkən Britaniyanın ödəməyə razılaşdığı 400 milyon funt-sterlinqi almayıb.

İran hökumətinin iddiasına görə, Nazənin Zağəri-Retklif və Ənuşe Aşurinin azadlığa buraxılması qarşılığında ödənilən borc pul Omanda bloklanıb. “The Guardian” qəzeti İranın bu məbləğin yalnız 1 milyon funt-sterlinqini əldə etdiyi yazıb.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Mahmud Abbaszadə Meşkini bildirib ki, sözügedən pul Omanda bloklanıb və bu, Britaniya hökuməti ilə bağlı bir problem deyil.

Xatırladaq ki, Britaniya hökuməti pulların yalnız humanitar məqsədlər üçün istifadə edilməsi şərtini qoymuşdu, lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə o zaman demişdi ki, rəsmi Tehran öz pullarını necə xərcləyəcəyinə özü qərar verəcək.

Related Articles

Bir cavab yazın

Back to top button