Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
“İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür”, – o bildirib.
Qeyd edək ki, İranın dövlət televiziyası İsrailə 400 raket buraxıldığını bildirib.
İran tərəfinin iddiasına görə, raket zərbələri nəticəsində İsraildə bir neçə hədəf vurulub, bir neçə F-36 təyyarəsi məhv edilib.
Bununla yanaşı Fələstin mediası İranın İsrailə hücumu zamanı İordan çayının qərb sahilindəki Yerixo yaxınlığındakı Nueima kəndində əslən Qəzzadan olan fələstinli işçinin İranın buraxdığı raket qəlpələrindən öldüyünü bildirib.