İran

İranın kimya zavodunda ölən və yaralananların çoxu qaşqay türküdür

Qaşqay fəalları və sosial media istifadəçiləri iyunun 13-ü, Fars əyalətinin Firuzabad şəhərində kimiya zavodunda baş verən partlayışla bağlı yeni məlumatlar yayıb.

Onlar partlayış və yanğın zamanı ölən və yaralananların çoxunun yerli qaşqay türkü olduğunu bildiriblər.

Fəallar zavod rəhbərliyi və bir sıra mütəxəssisləri çıxmaq şərtilə işçilərn Firuzabad şəhəri və çevrə bölgələrdə  yaşayan qaşqaylar olduğunu bildirirlər.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında Firuzabad şəhərində yerləşən kimiya zavodunda baş verən partlayış və yanğın zamanı 150 nəfər yaralanıb, 40 nəfər ölüb.

İran rəsmiləri xəsarət alanların sayı ilə bağlı məlumat versələrdə ölü sayı barədə açıqlama verməkdən imtina edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button