İran

İranın Mərkəzi Bankı iqtisadi vəziyyəti açıqlayıb

İranın Mərkəzi Bankının baş rəisi Əbdülrza Himməti ölkədəki mövcud iqtisadi durumla ilgili açıqlama verib. Onun sözlərinə görə, koronavirus pandemisi bir sıra ölkələrdə olduğu kimi, İran iqtisadiyyatına da ciddi ziyan vurub. Məsələnin geniş müzakirəsi üçün Beynəlmiləl Pul Sandığı və Dünya Bankının ölkələr üzrə vəzirləri, mərkəzi bankların rəisləri, eləcə də “MENAP” Hövzəsi Mali Müəssisələri ilə bigə toplantı keçirilib. Əbdülrza Himməti bildirib ki, Beynəlxalq Pul Sandığı ayrı-seçkiliyə yol vermədən İrana vam verməlidir. İran rəsmisi bu vaxtadək Beynəlmiləl Pul Sandığının Orta Şərqə, Afrikanın quzeyinə, Əfqanıstana və Pakistana şamil olan “MENAP” bölgəsi ölkələrinə 16 milyard dolar vam ödədiyinə də diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button