İran

İranın məşhur sosial şəbəkədə casusluq planı ifşa edildi

İranın “LinkedIn” sosial şəbəkəsində tədqiqat müəssisələrinin əməkdaşları və dövlət işçiləri ilə bağlı informasiyaları əldə etmək istəyi ifşa edilib.

İranın gizli istəyini İsrailin İnformasiya və Daxili Təhlükəszilik Təşkilatı (Şin Bet) üzə çıxarıb. Məlumata görə, məqsəd hədəf götürülmüş şəxsləri “Qarmaqatma” (Fishinq) ilə ilişdirmk və onlardan informasiya əldə etmək olub.

Qeyd edək ki, “Fishin” termini gerçək anlamda “qarmaq atıb balıq tutma”, məcazi mənada isə şəxsləri ilişdirib müəyyən informasiya ələ keçirmək deməkdir.

Məlumata əsasən İrana bağlı istifadəçilər ticarət və məşğulluq sosial şəbəkəsi “Linkedİn”də saxta profillərlə özlənini İsrail vətəndaşı kimi göstəribmişlər.

Onlar hədəf olaraq seçdikləri İsrail vətəndaşları ilə tanışlıq edib, danışıqlar aparıblar.

Viruslu fayllar, dəvətnamələr və ya məqalələri şəxslərin elektron poçtlarına göndərməklə hakerlərin onların kompüterlərini tam ələ keçirə bilmələrini mümkün edirmişlər.

“Şin Bet” Təşkilatı bildirib ki, İsrail xalqı sayıq olduqlarına görə İranın bu “Qarmaqatma” kampaniyası uğursuz olub.

Belə ki, informasiya əldə etmək üçün hədəf götürülmüş çoxlu sayda israillilərin bu barədə təşkilata müraciət edib.

Məmurlar İranın bu məqsədini aşkarlayaraq netrallaşdıra bilib və cəhdlərin heç biri uğurlu olmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button