İran

İranın Moskvadakı keçmiş səfiri: “Ukraynada Rusiya bizi aldatdı”

İranın Moskvadakı keçmiş səfiri Nemətullah İzədi Rusiyanın Ukraynadakı aldatma əməliyyatı ilə Tehranın məğlub olduğunu deyib.

“Fikrimcə biz Rusiyanın aldatma əməliyyatının məğlubuna çevrilmişik və bu bizim milli mənafeimiz üçün yaxşı heç nə vəd etmir”,-deyə, keçmiş səfir İranın Ukraynaya qarşı roluna işarə edərək bildirib.

Ukraynadakı müharibənin nüvə danışıqları ilə heç bir əlaqəsi yox idi, lakin bu saziş və onun danışıqları Rusiyaya pilotsuz təyyarələrin satışı məsələsi ilə əlaqələndirildikdə, bizim milli maraqlarımızı hədəfə alındı. Biz buna görə Rusiya hakimiyyətindən cavab istəməliyik, Rusiya bizi Ukraynadakı müharibəyə cəlb etdi”,-deyə, Nemətullah İzədi “OLNA” xəbər agentliyinə müsahibəsində deyib.

O, İranın Rusiyaya pilotsuz təyyarələr verməsinin beynəlxalq səviyyədə qalmaqala səbəb olduğuna toxunaraq, Xarici İşlər Nazirliyinin məsuliyyətinin ağır olduğunu və bütün beynəlxalq qaydalara riayət etməsinin vacibliyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button