İran

İranın Müdafiə Nazirliyinin əməkdaşı və onun həmkarı öldürüldü

Frnasanın "i24" saytı “yerli mənbələrə” istinadən xəbər verir ki, iyunun 22-də İranın Müdafiə Nazirliyinə bağlı bir alim və onun həmkarı Tehranda silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Bununla yanaşı, İRNA xəbər ajansı ədliyyə rəsmilərinə istinadən ötən aylarda Sistan-Bəluçistan əyalətində həbs edilən 3 “Mossad” agentinin mühakiməsinin başlanacağını bildirib.

Zahidan şəhərinin prokuroru Mehdi Şəmsabadinin iddiasına görə isə, “Mossad”a bağlı olan bu şəxslər İranın nüvə alimlərini öldürmək istəyiblər. Lakin onlar həbs edilərkən İran rəsmiləri onları Sistan-Bəluçistanda məxfi xəbərlər yaymaqda ittiham etmişdi.

Qeyd edək ki, son aylar ərzində İranın bir sıra alim, mühəndis və zabitləri şübhəli şəkildə ölüb yaxud öldürülüb. Bunların çoxunda İsrailin xarici kəşfiyyatının (Mossad) əli olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button