Aprelin 14-də “İranın nüvə anlaşmasının Orta Şərqə təsiri” adlı beynəlxalq vebinar keçiriləcək. Tədbir Avropa Xalq Partiyası, Azlıqların Müdafiəsi üzrə Avropa Birliyi və İranda Terror Rejimindən Zərərçəkmiş Xalqlar Koalisiyasının təşkilatçılığı ilə baş tutacaq. Vebinarda Azərbaycan Mərkəz Partiyasının rəhbəri, insan haqları üzrə vəkil Saleh Kamrani məruzə ilə çıxış edəcək. Onlayn tədbirdə İranda Terror Rejimindən Zərərçəkmiş Xalqlar Koalisiyasının İraqdakı nümayəndəsi Eyad Samari, Suriyadakı nümayəndəsi Majed Hamdon və İnsan Hüquqları Bürosunun rəhbəri Faysal Fouledh Bəhreyn də iştirak edəcəklər. Məruzəçilər arasında Koalisiyanın baş koordinatoru Səid Həmidan da yer alır.