İran

İranda daha bir güləşçi edam edilib

İranda daha bir güləşçinin edam hökmü icra olunub. Belə ki, janviyənin 25-də Dezful şəhər zindanında saxlanılan güləşçi Mehdi Əli Hüseyni edam edilib. İdmançı 2015-ci ildə qəsdən adam öldürməkdə ittiham edilib.
İnsan Haqları Təşkilatının Aamar Mərkəzindən verilən bilgilərə görə, 2020-ci ildə İranda 236 vətəndaş edam edilib, daha 95 nəfərə isə edam cəzası verilib.
İranda edamların yüzdə 72-dən çoxu hökumət və ya məhkəmə orqanları tərəfindən açıqlanmır. İnsan haqları təşkilatları tərəfindən bu edamlar “gizli edam” adlandırılır. Beynəlmiləl təşkilatların açıqlamasına əsasən, İran edam amarına görə dünyada birinci yerdədir.

Related Articles

Bir cavab yazın

Back to top button