İran

“İranın nüvə proqramı ilə bağlı bütün variantlar masadadır”-Britaniya

"Nüvə danışıqları uğursuz olarsa, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün variantlar masadadır". Bunu Britaniyanın müdafiə naziri Ben Uolles "Əl-Ərəbiyyə"-ə verdiyi açıqlamada bildirib.

O, martın 1-də verdiyi bəyanatda İranın hazırkı davranışlarının aqressiv və məsuliyyətdən uzaq olduğunu söyləyib.

Böyük Britaniyanın müdafiə naziri bəyan edib ki, İranın uranın zənginləşdirilməsini 90 %-ə qədər artırması bu ölkənin nüvə proqramının hədəflərinin sülhməramlı olmadığına işarədir.

Ben Uollesin İranla bağlı sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatında İranda uran zənginləşdirmə səviyyəsinin 84 %-ə qədər artdığını təsdiq etdiyi bir vaxta təsadüf edir.

Bu hesabata görə, İran atom bombası istehsal etmək üçün zənginləşdirmə səviyyəsinə çatmağa çox yaxındır.

Related Articles

Bir cavab yazın

Back to top button