Bölgəİran

“İranın nüvə silahına sahib olmasının qarşısını alacağıq”-Netanyahu

"İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün gücümüzdən istifadə edəcəyik". Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

İsrailin baş naziri ABŞ dövlət katibi ilə görüşdə ölkəsinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.

Benyamin Netanyahunun Antoni Blinkenlə görüşü ABŞ dövlət katibinin Qərbi Asiyaya üç günlük səfəri çərçivəsində Qüdsdə keçirilib.

Bu, İsrailin yeni hökumətinin formalaşmasından və Netanyahunun hakimiyyətə qayıdışından sonra tərəflər arasında ilk görüşdür.

Related Articles

Bir cavab yazın

Back to top button