İran

İranın nüvə proqramı ilə bağlı danışıqlar dayandırıldı

Vyanada İranın atom proqramı ilə bağlı aparılan müzakirələr yekun mərhələyə çatıb və siyasi qərarlar üçün dayandırılıb.

Vyanada İranın atom proqramı ilə bağlı aparılan müzakirələr yekun mərhələyə çatıb və siyasi qərarlar üçün dayandırılıb.

“Aznews tv” xəbər verir ki, Avropa Birliyinin koordinatoru Enrike Mora bildirib ki, müzakirəçilər məsləhətləşmələr üçün paytaxtlarına gedəcək və gələn həftə Vyanaya qayıdacaqlar.

Qeyd edək ki, Vyanada İran, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya arasında sanksiyaların ləğvi qarşılığında 2015-ci ildə hazırlanmış İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqlar aparılır.

2018-ci ildə Amerika sözügedən razılaşmadan çıxıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib.

Bu həftə İran ilk dəfə olaraq ABŞ-la birbaşa danışıqlara açıq olduğunu bildirib. Ağ Ev də öz növbəsində buna hazır olduğunu bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button