Azərbaycanİran

“İranın ölkəmizdə dini təbliğatı gənclərimizi məhvə apara bilər”

Son zamanlar sosial şəbəkələrdə İranın dini ideologiyasını təbliğ edən meyxanalar və musiqilər yayılmaqdadır. Bu kimi meyxanalar və musiqilər İranmeyilli və radikal dini cərəyanı təmsil edən qruplar tərəfindən təbliğ edilir

Milli və dövlətçilik dəyərlərimizə zidd olan təbliğatlar millətinə və vətəninə bağlı olan vətəndaşlarımızı narahat etməyə bilməz.

Məsələ ilə bağlı Ednews-a açıqlamasında Azərbaycan Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, İranın dini dairələri ölkəmizin müstəqilliyinə qarşı müxtəlif vasitələrlə təbliğatlar aparırlar.

“Ölkəmizdə bu kimi təbliğatlar artıq uzun zamandır mövcuddur. İstər meyxanalar, istərsə musiqilər, istərsə də filmlər və seriallar olsun, bu kimi vasitələrlə xalqımızın nümayəndələri, ən əsası oğullarımızın və qızlarımızın beyinlərini yumağa və onları zombiləşdirməyə çalışırlar. İstəyirlər ki, cəmiyyətimizdə təsir imkanlarını genişləndirməklə bizi məhv etsinlər. Bunun daha da intensivləşməsinə imkan vermək olmaz.  Belə iyrənc və mənfi hallar araşdırılmalı, öyrənilməli və dərhal qarşısı alınmalıdır. İranın istənilən dini təbliğatına qarşı advekat və sərt tədbirlər görülməlidir. Ölkəmizin hüquq-mühafizə və xüsusi xidmət orqanları bu xüsusda geniş təcrübə imkanlarına malikdirlər və sərt mübarizə aparıb radikal dini cəriyanları aradan qaldırmalıdırlar”.

Partiya sədri, həmçinin maarifləndiri tədbirlərin görümləməsinin vacibliyini də vurğulayıb.

“Ölkəmizdə vətənpərvərlik, dövlətçilik və millətçilik istiqamətlərində təbliğatların aparılması üçün müvafiq proqramlar tətbiq olunmalıdır. Hətta məktəblərdə dini cahilliyə qarşı xüsusi dərslər də keçirilməlidir. Eyni zamanda televiziyalar bu məsələdə daha çox öhdəliklər götürməlidirlər. Təəssüf ki, televiziya verlişlərində reklam və pul qazanmaq üçün saatlarla boş-boş məsələlərdən danışılır. Mənasız işlərlə məşğul olmaqdansa, televerlişlərdə, o cümlədən radio verlişlərində vətənpərvərlik və millətçiliyin təbliğatına diqqət ayrılmalıdır. Bütün tədris müssisələrində dövlətinə bağlı olan təşkilatlar və media qurumlarının köməyi ilə gənclərimizin  normal insan kimi yetişdirilməsinə yönələn proqramlar və dərslik vasitələri tətbiq edilməlidir. Yalnız bu yolla İran və başqa ölkələrin “mədəni” müstəvidə təsir imkanlarını qarşısını almaq olar”.(Ednews)

Related Articles

Bir cavab yazın

Back to top button