İran

İranın Qarabağda qanunsuz əməllərinə dair görüntülər yayılıb

İctimai şəbəkələrdə İranın Ermənistan vasitəsilə Qarabağa qanunsuz şəkildə “yardım”lar çatdırmasını göstərən qalmaqallı görüntülər yayılıb. Bununla bağlı video “Azad İran” teleqram kanalında paylaşılıb. Bu yüklərin Ermənistandan keçərək, Rusiya barışcıllarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük otomobillərində benzin, qaz, məsnoi əlyaf, eləcə də yemək, geyim məhsulları, tikinti malları qanunsuz daşınır. Həmin otomobillərlə əraziyə külli miqdarda uyuşdurucunun da daşındığı diqqətə çatdırılıb. Bu durumda “İran hansı haqla bu malları Azərbaycan ərazisinə çatdırır, rusiyalı barışcılları isə hansı haqla qaçaqmalçılığa göz yumur?” kimi suallar yaranır.

Related Articles

Bir cavab yazın

Back to top button