İran

İRANIN QEYRİ-NEFT SADIRATINDA NƏ ÜÇÜN AZALMA BAŞ VERİB?

Bu ilin birinci iki ayına aid gömrük amarları ölkənin qeyri-neft sadiratının yüzdə 49 azalaraq 4,3 milyard dollara düşdüyünü göstərir. Bu, ötən ilin eyni dövründə 8,4 milyard dollardan çox olub.
Habelə, ölkənin varidatı keçən ilin birinci iki ayında 6.76 milyard dollardan bu ilin fərvərdin və ordibeheşt aylarında təqribən 5 milyard dollara çatıb.
Beləliklə, ötən ilin birinci iki ayında İranın qeyri-neft ticarət tarazının 1,65 milyard dollara yaxın olduğu halda, bu ilin eyni dövründə həmin göstərici İranın zərərinə təqribən yarım milyard dollar itki olub.
Bununla belə, İran gömrüyünün verdiyi amar rəqəmləri yalnız İranın qeyri-neft sadiratı ilə bağlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button