İran

İranın Qızıl Aypara Cəmiyyəti beynəlxalq yardım təşkilatlarının nizamnaməsini pozub

Beynəlxalq xilasetmə və yardım üzrə tanınmış fəal Yasir Qorşi İran Qızıl Aypara Cəmiyyəti hicabın təbliği kimi məsələlərlə məşğul olmaqla beynəlxalq yardım təşkilatlarının nizamnaməsində bitərəflik prinsipini pozduğunu deyib.

Eyni halda Sərhədsiz Həkimlər Təşkilatının üzvü olan dr.Qorşi İranın beynəlxalq qaydaları pozması ilə yanaşı vətəndaşların və başqa ölkə əhalisinin bu quruma olan etimadına xələl gətirdiyini söyləyib.

Qeyd edək ki, aprelin 12-də İran Qızıl Aypara Cəmiyyəti hicabın təbliği ilə bağlı yeni planların həyata keçirilməsindən xəbər verib və bunun üçün dövlət büdcəsindən daha çox vəsait ayrılmasını istəyib.

“Yardım agentlikləri cinsi, dini, etnik, milli mənsubiyyətə görə davranmamalı, tamamilə neytral olmalıdır.

Ancaq İran Qızıl Aypara Cəmiyyətinin bu praktikası faktiki olaraq bütün beynəlxalq prinsipləri pozub”-deyə, Yasir Qorşi bildirib.

O, İranda bir çox başqa qurumlar kimi Qızıl Aypara Cəmiyyətinndə hökumətin diktəsi ilə çalışdığını və ideoloji təbliğatla məşqul olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button