İran

İranın Rəcaişəhr zindanında daha 5 məhkum edam edilib

İranda qətldə və qəsdən adam öldürməkdə günahlandırılan daha beş məhkum edam edilib. Bu haqda İranda fəaliyyət göstərən hüquq-müdafiəçiləri məlumat yayıb.

Ölüm hökmlərinin icrasına hazırlıq üçün bir neçə gün öncə təkadamlıq hücrələrə yerləşdirilən hər beş məhkum ötən gün Kərəcin Rəcaişəhr zindanında dar ağacından asılıblar.

Edam edilən məhkumların adları hələlik mətbuata açıqlanmayıb.

Habelə bildirilir ki, son günlər qətldə və uyuşdurucu maddələrin qaçaqçılığında günahkar bilinərək ölüm hökmü çıxarılmış daha üç məhkum Qum, Kərəc və Bircənd şəhər zindanlarında dara asılaraq edam ediliblər.

Bildirək ki, İran, əhalisinin sayına nisbətən ölkədəki edamlara görə dünyada 1-ci yeri tutur.

”İranda bilərəkdən törədilən cinayətin dərəcələrə bölünməməsi hər bir qətlin edam hökmü çıxarılmasına səbəb olur” deyən İran İnsan Haqları Təşkilatı bildirib ki, keçən il İranda ən azı 267 edam mətbuata açıqlanıb, onlardan 211-i adam öldürməkdə günahlandırılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button