İran

İranın rəhbəri Əli Xameneyi ağır vəziyyətdə həkimlərin nəzarəti altındadır

İranın rəhbəri Əli Xameneyi vəziyyətinin pisləşməsi ilə bağlı yayılan məlumatları həqiqəti əks etdirir. Bu barədə "New-york Times" qəzeti məlumat yayıb.

İran rəhbərinin yaxınları onun həkim nəzarətində olduğunu bildiriblər. Xatırladaq ki, Xameneyi ötən həftə bütün görüşlərini, o cümlədən illik əsas görüşünü ləğv edib.

“Xameneyi hazırda həkimlər qrupunun nəzarəti altındadır və bütün planlarını və görüşlərini ləğv edib”-deyə, “New-york Times” adı açıqlanmayan məlumatlı mənbələrə istinadən yazıb.

Ölkə daxilindəki rəsmi və etibarlı mənbələrdən heç biri Xameneyinin bu müddət ərzində sağlıq durumu ilə bağlı xəbər dərc etməyib.

Ötən həftə onun bir qrup idmançı ilə görüşü olduğu xəbəri yayılsa da, mətbuatda bu görüşün şəkli və mətni yayılmayıb.

Qeyd edək ki, rəhbərin sağlıq durumu ilə bağlı məlumatlarda şəffaflıq olmadığından onun hətta öldüyünə ölümü ilə bağlı çoxlu söz-söhbətlər yayılıb.

Heç bir müstəqil media və ya təşkilat bununla bağlı yayılan xəbərləri  təkzib nə də etməyib.

Related Articles

Bir cavab yazın

Back to top button