İran

SEPAH Azərbaycanı təhdid edib: İran şimal sərhədlərində sionist ünsürlərin mövcudluğuna dözməyəcək

İran İslam İnqilab Keşikçiləri Korpusuna ayid olan Tvitter hesabında yenidən Azərbaycan Respublikasına qarşı köhnə iddialar təkrarlanıb.

İran İslam İnqilab Keşikçiləri Korpusuna ayid olan Tvitter hesabında Rusiyanın Ukraynaya hücumuna haqq qazandırılıb və Azərbaycan Respublikasına qarşı köhnə iddialar təkrarlanıb.

Pylaşımda İran rəsmilərinin Rusiyanın işğal əməliyyatı ilə bağlı mövqeyi bir daha təkrarlanaraq Ukrayna qarşı hücum “böhran” kimi qələmə verilib.

“İran İslam Respublikası Şərqi Avropada yaranmış gərginliyi Avropa və Amerikanın təcavüzkar siyasətlərinin nəticəsi hesab edir və öz mənafeyini və təhlükəsizliyini müdafiə etməyi ölkələrin təbii və fitri haqqı hesab edir”-deyə, Rusiyanın hücumu özünümüdafiə kimi qələmə verilib.

Paylaşımın sonunda 44 günlük vətən müharibəsi zamanı İran rəsmilərinin Suriyadan Qarabağa muzdlu döyüşçülərin gətirilməsi, Azərbaycanda İsrail qüvvələrinin yerləşdirilməsi ilə bağlı irəli sürdükləri ittihamlar bir daha təkrarlanıb.

“Şübhəsiz ki, İran İslam Respublikası şimal sərhədlərində sionist ünsürlərin və təkfirçi qüvvələrin mövcudluğuna dözməyəcək”-deyə, Azərbaycan təhdid edilib.

Related Articles

Bir cavab yazın

Back to top button