İran

İranın şimalında yük qatarı relsdən çıxaraq aşıb

İran Şimal Dəmir Yolları İdarəsinin rəisi Xodayar Talebi Mazanadaran vilayətində yük qatarının relsdən çıxaraq aşması barədə xəbər verib.

İran Şimal Dəmir Yolları İdarəsinin rəisi Xodayar Talebi Mazanadaran vilayətində yük qatarının relsdən çıxaraq aşması barədə xəbər verib.

“Aznews tv”  xəbər verir ki, Talebi dekabrın 29-da bu haqda açıqlama verərək deyib: “Bu gün səhər saatlarında yük qatarı Seyyidabad kəndi yaxınlığında relsdən çıxıb. Xoşbəxtlikdən hadisə zamanı insan tələfatı yoxdur”.

O, “İRNA” ajansına açıqlamasında bildirib ki, hazırda dəmir yolu şirkətinin işçiləri hadisə yerindədir və yolu açmağa çalışırlar.

“Hadisənin baş vermə səbəbi məlum deyil. Hadisə səbəbindən bu dəmir yolu xəttində sərnişin qatarlarının hərəkəti ləğv edilə bilər. Belə bir qərar qəbul edilərsə, məlumat veriləcək”, – deyə sonda o, əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button