İran

İranın Suriyadakı insansız uçaq payqahı bombalandı

İsrail nizami Hava Qüvvələri 13 oktobr, çərşənbə günü Palmiranın güney-doğusunda  T-4 nizami hava limanını bombalayıb.

İmaratda yayımlanan “Əl-Həds” telekanalı İranın pəhpad payqahına hücum edildiyi haqda xəbər yayıb.

Hücum nəticəsində İrana bağlı 4 silahlı həyatını itirib və yaralanıb.

Daha öncə Bəşar Əsəd ordusundakı bir qaynaq bu ölkənin xəbər ajansına açıqlamasında İsrail uçaqlarının Palmiranın güney ətrafındakı əl-Tənf sınır bölgəsinə hücum etdiyini bildirmişdi. Onun sözlərinə görə, hücumda bir suriyalı əsgər ölüb, üç əsgər yaralanıb.

Xatırladaq ki, oktobrın 6-da da İsrailin Suriyanın T-4 hava limanına endirdiyi hava zərbəsi zamanı ən azı 6 Suriya əsgəri və İranın dəstəklədiyi 12 yaraqlı yaralanmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button