İran

İranın tanınmış iş adamı ABŞ-yə köçüb

Sağlamlıq imkanları məhdud insanlar üçün veb-sayt əlavəsinin yaradıcısı Vahid Rəcəblu ABŞ-yə köçdüyünü elan edib.

Bu barədə Vahid Rəcəblu İnstagram səhifəsində bildirib.

35 yaşlı iş adamı ABŞ-nin Kaliforniya ştatının San-Rafael şəhərinə köçüb.

O, Tehran rejiminin bundan sonra ona mane ola bilməyəcəyini söyləyib: “Onlar artıq mənə əziyyət verə bilməzlər. Onlar mənə bundan sonra necə davranmağı və necə yaşamağı deyə bilməyəcəklər”.

Qeyd edək ki, V.Rəcəblu 1988-ci ildə Kərəcdə anadan olub və ABŞ-yə köçənə qədər burada yaşayıb

Related Articles

Bir cavab yazın

Back to top button