İran

İranın tanınmış simaları Sepah-ın terror təşkilatları siyahısında saxlanması üçün Baydenə məktub yazıblar

Amerikada yaşayan 500-dən çox tanınmış iranlı sima Amerika prezidenti Co Baydenə məktub yazaraq, Sepah-ın adını terror təşkilatları siyahısından çıxarmamağa çağırıblar. Onlar eyni zamanda Bayden hökumətini İran xalqına və onların sülh, azadlıq və nüvəsiz cümhuriyyətə nail olmaları yolundakı mübarizəsinə dəstək olmağa səsləyiblər

Aprelin 12-də yazılan məktubda vurğulanıb ki, Sepah və onun Qüds qanadı Tehran rejiminin bölgədə və dünyada beynəlxalq terror aktları törətməsi üçün bir alət, habelə İran xalqına qarşı repressiya vasitələrindən biridir.

Sonda məktubda qeyd edilib ki, Sepah-ın adının terror təşkilatları siyahısından çıxarılması üçün istənilən yanaşma İran xalqının azadlıq və insan ləyaqəti üçün istək və qanuni mübarizələrinə açıq-aşkar etinasızlıqdır.

Related Articles

Bir cavab yazın

Back to top button