İran

İranın tikinti şirkətləri ölkədən qaçır

İranın tikinti şirkətlərinin və inşaat işləri ilə məşğul olan iş adamlarının Türkiyə və Gürcüstana axını güclənib.

Bu barədə İranın Əmlak Məsləhətçiləri Birliyinin sədr müavini Davud Beyginejad açıqlama verib:

“Xaricdə mülk alış-verişi qanun pozuntusudur və müqavilələrdə dollarla ödənişlər qadağan olunub. Həmçinin ölkədə elə bir şərait yaranıb ki, tikinti aparan iş adamı və ya şirkət qarşıya qoyduğu maliyyə məqsədinə çata bilmir”-Davud Beyginejad belə deyib.

Onun sözlərinə görə, ölkədə tikinti sahəsində əlverişli iş mühiti yoxdur və İranda mənzil bazarı durğun olduğu üçün iş adamları ölkədən çıxır.

“Biz xaricdə mülk alışı formasında sərmayənin ölkədən çıxmasını təqdir edə bilmərik. Xarici kapital axını gələcəkdə ölkə üçün təhlükəli nəticələr doğuracaq”.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button