Dünyaİran

İranın Türkiyə ilə ticarət əlaqələri zəifləyib

İranın Türkiyə ilə ticarət ilgiləri zəifləyib. Bununla da ölkələrarası mərzdə mübadilə həcmi azalıb. Məsələ ilə bağlı Dilməqan əhalisinin İslami Şura Məclisindəki nümayəndəsi Yəqub Rizazadə bilgi verib. Onun sözlərinə görə, İranın Türkiyə ilə hər il mərz vasitəsilə 15 milyard mübadilə həcmi 1 milyard azalıb. Millət vəkili Qərbi Azərbaycanın geniş ticari imkanlara sahib olduğuna da diqqət çəkib. Onun sözlərinə görə, dövlətin daxili işlər və iqtisadiyyat vəzirləri Türkiyə ilə diplomasi, habelə iqtisadi-ticarət ilgiləri üzrə müvafiq addımları atmadığından əyalətin imkanlarından lazımi səviyyədə istifadə edilmir. Yəqub Rizazadə mərz tranzit yollarının önəmini də vurğulayıb. O deyib ki, Yol Vizarəti Türkiyəyə çıxış sayılan Təbriz-Bazərqan beynəlmiləl yolunun iki keçidli edilməsi işində uğurlu olmayıb. Bu da həmin yolda illik can və mal xəsarətlərinin artmasına səbəb olub.
Rizazadə On İkinci dövlətin Dilməqan Seçki Hövzəsində gördüyü işlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, Urmu Gölünün canlandırılmasında önəmli rola sahib Badınabadın suyunun köçürülməsi əsas məsələlərdəndir.

Related Articles

Bir cavab yazın

Back to top button