Bu barədə İranın səhiyyə naziri Bəhram Eynullahi açıqlama verib.
Nazirin açıqlamasından sonra tibb işçiləri və əczaçılar məsələyə narazılıqlarını bildirib, ölkədə dərman qıtlığı yaşandığı vaxtda başqa ölkələrə dərman ixracatının hökumətin vətəndaşlara qarşı laqeydliyinin nümunəsi olduğunu bildiriblər.
Qeyd edək ki, hazırda İranda ciddi dərman qıtlığı böhranı yaşanmasına baxmayaraq, Tehran hökuməti Rusiyaya da vacib dərmanlar ixrac edir.