İran

İranın xarici işlər naziri ABŞ-ı hədələyib

İranın XİN başçısı Hüseyn Əmir Abdullahian Vaşinqtonun İsraili himayə etməsi davam edərsə Amerikaya qarşı yeni cəbhələr açıla biləcəyini deyib.

“ABŞ hamıya təmkinli olmağı deyir. Lakin İsrailə tam dəstək olur. Amerika bu tərzdə davam edərsə bu ölkəyə qarşı yeni cəbhələr açılacaq.

Biz vəziyyətə ancaq müşahidəçi deyilik. İran İslam Respublikası milli mənafeyinə uyğun hərəkət edəcək.”-deyə nazir Blumberqə müsahibəsində qeyd edib.

İki tərəfdən minlərlə mükli vətəndaşın ölməsinə səbəb olan HƏMAS-ın okytabrın 7-i İsrailə həmləsidən sonra ABŞ İsraili dəstəkləyəcəyini lakin müstəqil Fləsitin dövlətinin yaranması vacibliyini deyib.

Ölkənin prezidenti Cozef Bayden həmçinin bir müddət öncə İsraildən Qəzzaya həmlələrini dayandırmasını istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button