İran

İRANIN XURMA SADİRATI AZALIB

Ötən ilin marsından bu ilin marsına qədər İran 211 milyon dollar dəyərində 238 min ton xurmanı 83 ölkəyə sadirat edib. Bundan əvvəlki il isə sadirat 400 milyon dollar dəyərində olub. Bunu İranın Gömrük Dəftərinin sözçüsü Ruhulla Lətifi deyib. Artıraq ki, İranda 6-cı inkişaf proqramına əsasən ildə 5 milyard dollar dəyərində əkinçilik məhsulları sadirat edilməlidir. Bu proqramda xurmanın payı 500 milyon dollardır. Lətifinin sözlərinə görə, “Mozafəti” xurmasının sadiratı 103 milyon dollar dəyərində 98,3 min ton olub və bütün xurma sadirinin 49%-i təşkil edib. Lətifi əlavə edib ki, İran 9,3 milyon dollar dəyərində 10 min ton “Mozafati” xurmasını Pakistana, 7,85 milyon dollar dəyərində 8,35 min ton “Mozafati” xurmasını Qazaxıstana, 8,68 milyon dollar dəyərində 7,57 min ton “Mozafati” xurmasını İmarata sadirat edib.

Related Articles

Bir cavab yazın

Back to top button