İran

İranın yeni prezidenti Nikol Paşinyanı təbrik edib

Rəisi İran ilə Ermənistan arasında sıx dostluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, qarşıdakı illərdə yeni alanlarda əməkdaşlıq edə biləcəklərini bildirib.

İranın Prezident dəftərindən verilən bilgiyə görə, təbrik məktubunda deyilir: “Cənab Nikol Pasinyan, xahiş edirəm Ermənistanın yeni baş vəziri vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edəsiniz. Şübhəsiz ki, dünyada və bölgədə proseslərin və şəraitin sürətlə dəyişməsi məntəqədə sülh və sabitliyin yaranması, habelə çoxtərəfli ilişkilərin genişlənməsi və eləcə də yükdaşıma və enerji alanlarında iqtisadi münasibətlərin möhkəmlənməsi üçün ölkələrimiz arasında səmimi danışıqların əhəmiyyətini ikiqat artırıb”.

Bildirək ki, İran hökuməti 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Xocalı soyqırımını törədən, minlərlə günahsız azərbaycanlını qanına qəltan edən və 1 milyondan çox vətəndaşını öz yurdundan didərgin salan işğalçı Ermənistanla iqtisadi, siyasi, nizami, mədəni və turizm ilişkilərini günü gündən daha da genişləndirir.

Related Articles

Bir cavab yazın

Back to top button