İran

Ermənistan səfiri Zəngan əyalətinə səfər edəcək

Ermənistanın Tehrandakı səfiri iki ölkə arasında ticarət ilişkilərini genişləndirmək üçün Zəngan əyalətinə gedəcək. Bu barədə xəbər ajanslarınaZəngan əyalətinin Ticarət, Sənaye, Mədən və Əkinçilik Odasına istinadla məlumat verilib.

Səfərə müxtəlif proqramlar, o cümlədən Qafqaz və Avrasiya bölgəsi ilə ticarət ilişkilərini genişləndirmək hədəfi ilə Zəngan əyalətindən olan iş adamları və özəl bəxşin nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

Artaşes Tumanyanın səfəri Zəngan əyalətinin xarici ticarət yol xəritəsi çərçivəsində gerçəkləşir və tərəflər arasında ticarət ilişkilərini genişləndirməyi hədəfləyir.

Qeyd edək ki, Tehran hökuməti Cənubi Qafqaz bölgəsinin ən güclü dövləti olan Azərbaycanla əməkdaşlıq yerinə, işğalçı Ermənistanla siyasi, iqtisadi, mədəni və başqa sahələrdə əlaqələrini genişləndirməkdə davam edir. Tehran bu işdə Güney Azərbaycanın əyalətlərini də öz siyasi mənafeyinə alət edir, Ermənistanın Tehrandakı səfirini bu əyalətlərə göndərərək, onları qəsbkar erməni dövləti ilə iqtisadi, siyasi münasibətləri inkişaf etdirməyə məcbur edir. Örnək olaraq 1383-cü günəş ili tarixində ermənistanın iqtisadi heyətinin Ərdəbil ustanına səfərinin qarşısı güney Azərbaycan milli fəalları tərəfindən sərt təpki və meydani etireaz nəticəsində alınıb. Oxşar hadisələr sonrakı illərdə Təbrizlə marağada da baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button