Dünyaİran

İranla nüvə danışıqları nəticəsizdir

Politiko Veb Səhifəsi, Avropa Birliyi məqamlarının sözlərinə istinadən yazıb ki, Avropa Birliyi xarici Siyasət Servisi rəisinin müavini olaraq Viyenada atom danışıqlarını yönəltmə məsulu Enrik Moranın başçılığı ilə bir müddət qabaq İrana getmiş heyət İbrahım Rəisinin dövlətini atom danışıqlarına yenidən başlamağa razılığını ala bilməyib.

Birliyin yüksək məqamlarından birinin sözlərinə görə İranın yeni dövləti hələ Viena danışıqlarına qayıtmağa hazır deyil. Amma qərara alınıb ki, qarşıdakı günlərdə Brukseldə Birliyin məqamları ilə görüşüb öncəki danışıqların bitdiyi vaxt qalmış məsələlərin ayrıntıları barədə danışacaqlar.

Avropa Birliyinin məqamlarından biri Politio Saytına bildirib ki, İranın Bruksel danışıqlarında hüzuru, Vienada İran ilə Amerika arasında dolayı danışıqların yenidən başlanması əvəzinə və eyni tutula bilməz. Tehran Viena danışıqların qayıtmasına qərarlıdır, gec-tez danışıqlara qoşulacaq.

Başqa bir yüskəs diplomat isə deyib ki, İranın vəziyyəti durğunluğa gətirib çıxara bilər, bu isə nigarançılıq doğurur. Vəziyyət belə davam edərsə heç bir nəticəyə çata bilmərik.

Related Articles

Bir cavab yazın

Back to top button