İran

İranlı din xadimi: “Snayperlər ibadət edənlərin ürəyinə və başlarına atəş açıblar”

İranın Zahedan şəhərinin cümə imamı ötən cümə günü şəhərdə baş verən qarşıdurmalara münasibət bildirərək deyib ki, güllələrin çoxu namaz qılanların başlarına və ürəyinə atılıb və məlum olur ki, bunu snayperlər edib”.

Mövlana Əbdülhəmid cümə namazından sonra gənclərin polis idarəsinin önünə toplaşaraq etiraz şüarları səsləndirməsi və daş atmasına xüsusi təyinatlıların snayperlə atəşə açaraq cavanları qətlə yetiurməsini sərt tənqid edib:

“Nə üçün polis insanları dağıtmaq üçün gözyaşardıcı qaz, plastik dəyənəklər və s. kimi vasitələrdən istifadə etmədi və bu faciəyə səbəb oldu? Bəzi rəsmilər baş verən hadisənin mahiyyətini təhrif edərək öz səhvlərini başqalarının üzərinə atmağa çalışırlar, halbuki hadisədə polis qüvvələrinin ehtiyatsızlığı açıq və aşkar məlumdur”.(Iran Azad)

Related Articles

Bir cavab yazın

Back to top button