Azərbaycanİran

İranlı ekspertdən Azərbaycana qarşı növbəti qərəzli yazı: “Naxçıvan dəhlizi, Astana görüşü və İsrail səfirinin Təbrizə qarşı qəzəbi”

İranın kəskin anti-Azərbaycan yazıları ilə tanınan Qafqaz üzrə “siyasi şərhçisi” Salar Seyfəddini “entekhab” saytında növbəti qərəzli məqaləsində yazır: “İranın ali rəhbərinin Türkiyə prezidenti ilə görüşündən bir gün sonra Bakıda ekstremist dairələr İrana qarşı koordinasiyalı media hücumlarına başlayıb.

Amma bəlkə də, Əli Xameneyinin Naxçıvan dəhlizi ilə bağlı açıqlamalarından bir gün sonra İsrailin Bakıdakı səfiri Corc Dikin Təbriz haqqında kitab oxumaq tövsiyəsi ilə bağlı təxribat xarakterli tvitinin dərc edilməsi təsadüfi deyil.

İranın Bakıdakı səfirinin adekvat reaksiyası ilə üzləşən sözügedən tvit digər KİV-lərdə, o cümlədən Jerusalem Post, BBC və Amerika Yəhudi Komitəsində də öz əksini tapıb. Çünki İsrail “qondarma” Naxçıvan dəhlizinin yaradılmasında birbaşa marağı olan dövlətlərdən biridir.

İranın dini liderinin Ərdoğanla görüşdə qaldırılan digər mühüm məsələlərlə yanaşı, Cənubi Qafqazda və İran və Ermənistan sərhədlərində cərəyan edən proseslər olub. Əsasən Suriya məsələlərinə aid olan Astana görüşündə İranın “qondarma” Naxçıvan dəhlizinə qarşı çıxması ilə bağlı ali rəhbərin gözlənilməz mövqeyi onun bölgənin ən həssas aktual problemlərindən biri ilə bağlı ilk konkret açıqlaması olub.

Bu bəyanatları ilə Xameneyi, İranın istənilən sərhədi bağlamaq siyasətinə qarşı olduğunu bildirməklə yanaşı, İranla Ermənistan arasında sərhəd zolağının (40 kilometr) strateji əhəmiyyət daşıdığını da vurğulayıb. Çox güman ki, bu da İranın şimal-qərbində genişmiqyaslı təlim keçirməsi və Zəngəzur planını dəstəkləyən ölkələrə hərbi xəbərdarlıq idi”. (https://bit.ly/3PSz8iF)

Related Articles

Bir cavab yazın

Back to top button