İran

İranlı fəhlə: “7 aydır maaşımı vermirlər, intihar edəcəyəm”

İlam əyalətinin Mələkşahi şəhər bələdiyyəsinin işçisi məktub yazaraq 7 aydır maaşını ala bilmədiyi üçün intihar edəcəyini bildirib.

İranda yoxsulluq və səfalət cəmiyyətin zəif təbəqələri arasında fəhlə və işçilərin həyatına onları intihara sürükləyəcək bir kölgə salıb. Həmin intiharlar əhalini bu qədər yoxsulluq və acizlik səviyyəsinə gətirib çıxaran hakimiyyətin korrupsiya və rüşvətxorluğa bulaşmasının dərinliyinin və miqyasının göstəricisidir.

Ölkədə kəskin yoxsulluq və bahalaşma ucbatından məktubunda intihar edəcəyi ilə bağlı xəbərdarlıq edən Mələkşahi bələdiyyəsinin işçisi yazıb: “Mələkşahi bələdiyyəsinin üç uşaqlı rəsmi işçisi olaraq, 7 aya yaxındır ki, nə maaşımı, nə də müavinətimi ala bilmirəm”.

“Əyalət başçısına, tikinti işləri üzrə müavininə, cümə imamına müraciət etmişəm. Təəssüf ki, bələdiyyə hələ də heç bir müavinətimi ödəməyib. Ona görə də özümün və ailəmin narahatlığı və psixoloji problemlərimız ucbatından intihar edib özümü və ailəmi öldürmək istəyirəm”, – deyə çarəsiz işçi əlavə edib.

Məktubun sonunda vətəndaş imza çəkib, möhür qoyduqdan sonra şəhərin bütün rəsmi dövlət orqanlarının adlarını qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button