İran

İranlı həndbolçu qadın İspaniyada yoxa çıxıb

"Aznews tv" xəbər verir ki, Bapiri İranın həndbol üzrə qadınlardan ibarət millisinin tərkibində İspaniyada keçirilən dünya çempionatında iştirak edib. Bundan öncə 4 nəfər Kamerunlu idmançı da sözügedən çempionat zamanı yoxa çıxıb. Hazırda isə İran həndbol millisinin 30 yaşlı qadın üzvü ortada heç bir əsər-əlamət qoymadan yoxa çıxıb.

Danimarka mediası iddia edib ki, İranın qadınlardan ibarət həndbol milli komandasının oyunçusu Şəqayeq Bapiri İspaniyada yoxa çıxıb.

“Aznews tv” xəbər verir ki, Bapiri İranın həndbol üzrə qadınlardan ibarət millisinin tərkibində İspaniyada keçirilən dünya çempionatında iştirak edib. Bundan öncə 4 nəfər Kamerunlu idmançı da sözügedən çempionat zamanı yoxa çıxıb. Hazırda isə İran həndbol millisinin 30 yaşlı qadın üzvü ortada heç bir əsər-əlamət qoymadan yoxa çıxıb.

Bu xəbəri artıq Dünya Həndbol Federasiyası və çempionatın təşkilatçıları təsdiq ediblər.

Həndbol üzrə Dünya Çempionatının Təşkilat Komitəsinin sədri Cume Fort məsələ ilə bağlı deyib: “Biz dekabrın 14-də İran millisinin sözügedən üzvünün yoxa çıxdığını bildik və əlimizdən gələn tək şey polisə xəbər vermək idi”.

Qeyd edək ki, Şəqayeq Bapirinin də iranlı idmançıların dəfələrlə etdiyi kimi ölkədən qaçaraq başqa dövlətlərə sığındığı qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button